Fransalı xizəkçi helikopterlə təxliyə olundu

İdman

28.12.2024 13:58

Dağ xizəyi üzrə Dünya kuboku yarışında xizəkçi saatda 125 km sürətlə divara çırpılıb. 

TodayPress xəbər verir ki, xoşagəlməz hadisə İtaliyanın Bormio şəhərində keçirilən mərhələ yarışında baş verib.

Məşq yürüşü zamanı müvazinətini itirərək qoruyucu divara çırpılan fransalı xizəkçi Siprien Sarrazin helikopterlə təxliyə olunub.

İdmançıda beyindaxili gematoma aşkarlanıb. Reanimasiyada olan 30 yaşlı fransalı əməliyyat olunacaq.

Qeyd edək ki, Siprien karyerası ərzində dünya kubokunda 5 dəfə mərhələ qalibi olub.

Namiq HUN

tag: Fransa ,İtaliya, Bormio, Xizəkçi,todaypress.az,