Fransalı tennisçi tarix yazdı

İdman

17.08.2024 10:44

Qael Monfis 2022-ci ildən bəri ilk dəfə ilk 3-lükdəki rəqibini məğlub edib.

TodayPress xəbər verir ki, 37 yaşlı fransalı tennisçi Sinsinnatidə (ABŞ) keçirilən "Masters" seriyalı turnirdə dünyanın üçüncü raketkası olan ispan Karlos Alkarasdan güclü olub 4:6, 7:6 (7:5), 6:4.

Dünya reytinqinin 46-cı tennisçisi bu uğura imza atmaq üçün kortda 2 saat 31 dəqiqə vaxt sərf edib. Monfis bu görüşdə 15 dəfə topa endirdiyi bir dəqiq zərbə ilə rəqibindən xal alıb. 

Qeyd edək ki, Qael Monfis 1992-ci ildən bəri ATP reytinqində ilk 3-lükdə olan rəqibini məğlub edən ən yaşlı tennisçidir.

Namiq HUN

tag: Qael Monfis ,Karlos Alkaras, Dünya Reytinqi, ABŞ, todaypress.az,