Fransalı atlet geyimindən şikayətləndi
Fransalı atlet XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimində şalvar əvəzinə yubka geyinməyi planlaşdırır.
TodayPress xəbər verir ki, 110 metr məsafəyə maneələrlə qaçış üzrə ixtisaslaşmış fransalı idmançı Saşa Coya Paris Olimpiadasının açılış mərasiminə yubka geyinəcəyini bildirib.
“Federasiya bununla razılaşıb. Əgər qadınlara şalvar geyinməyə icazə verilirsə, o zaman kişilərin də ətək geyinmə seçiminə malik olması gözəl olardı. 2024-cü ildə biz istədiyimizi geyinə bilərik. İndi kişi və qadın modası arasında heç bir bölgü yoxdur.
Baletlə maraqlanıram. Bilmirəm aramızda neçə nəfər baletlə məşğul olan yüksək səviyyəli idmançı var, amma bunun necə kömək etdiyini bilsəydilər, çoxları bu sənətə gələrdi” deyə Coya France 2 TV-də yayımlanan sənədli filmdə bildirib.
Qeyd edək ki, Coya 20 yaşlı idmançılar arasında 60 və 110 metr məsafələrə maneələrlə qaçışda dünya rekordçusudur. 22 yaşlı atlet 2023-cü ildə böyüklər arasında keçirilən dünya çempionatında 110 metr məsafəyə maneələrlə qaçışda altıncı yeri tutub.
Namiq HUN
tag: Fransa, Atlet, Geyim, Federasiya,Saşa Coya, todaypress.az,