Fransadan Azərbaycana qarşı növbəti təxribat
İdman
27.07.2024 15:43
2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat xarakterli davranış sərgilənib.
TodayPress xəbər verir ki, Fransanın "France 2" telekanalında açılış mərasimində canlı yayım zamanı aparıcılar Azərbaycan idmançılarına qarşı təxribat xarakteri daşıyan ifadələr səsləndiriblər.
Belə ki, erməni komandasının keçidi zamanı telekanalın aparıcılarından biri Ermənistana qarşı simpatiyasını gizlədə bilməyib və "Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə olub" sözlərini işlədib.
Aparıcı həmçinin, Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər də səsləndirib.
Fransa Olimpiya Oyunlarının tarixi və təməl prinsiplərini pozaraq, ondan Azərbaycana qarşı qərəzini ifadə etmək üçün vasitə olaraq istifadə etdi.
tag: Fransa, Azərbaycan, Qarabağ, Olimpiya, todaypress.az,