Fransada Olimpiya məşəlini söndürməyə cəhd edildi

İdman

19.06.2024 12:10

Fransa Daxili İşlər Nazirliyi Olimpiya məşəlinin estafetinə müdaxilə etmək üçün 23 cəhdin qarşısını alıb. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat verib. O, bu barədə sosial şəbəkələrdə yazıb: 

“Daxili İşlər Nazirliyinin hazırlığı və artan sayıqlığı sayəsində məşəlin estafeti ilə bağlı olimpiya tədbirlərinin davamlı keçirilməsini pozmağa yönəlmiş 23 cəhdin qarşısını almaq mümkün olub”. 

Olimpiya məşəlinin estafetinə təkcə Olimpiadanın birbaşa əleyhdarları deyil, həm də Fələstin tərəfdarları, iqlim dəyişikliyi ilə mübarizə aparan və miqrantların hüquqlarının müdafiəsi ilə məşğul olan fəallar mane olmağa çalışıblar.

Olimpiya məşəli mayın 8-də Yunanıstandan Fransaya gəlib. O, qədim yelkənli “Belem” gəmisində Marselə aparılıb. Ölkə üzrə Olimpiya məşəlinin estafeti iki aydan çox davam edəcək və iyulun 26-da Stad de Fransda Oyunların açılış mərasimində başa çatacaq. Bu müddət ərzində Olimpiya məşəli 12 min kilometr məsafə qət etməlidir. 

Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Namiq HUN

tag: Fransa, Olimpiya, Daxili İşlər Nazirliyi, Yunanıstan, Paris, todaypress.az,