Fransada jurnalistləri daşıyan avtobus qəzaya uğradı
Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistləri daşıyan avtobus, baş mətbuat mərkəzinə gedən yolda qəzaya uğrayıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Qəzanın təsirindən sürücü şoka düşüb. Sərnişinlərin köməkliyi ilə ona ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, avtobus jurnalistlərlə tam dolu olub.
Töhfə Səməd
tag: Fransa, Olimpiya, Paris, Qəza, Hadisə, todaypress.az,