Fransa penaltilər seriyasında daha dəqiq oldu

İdman

06.07.2024 02:05

Futbol üzrə Avropa çempionatında pley-off mərhələsi davam edir.

TodayPress xəbər verir ki, 1/4 final mərhələsinin ikinci oyunu Hamburqda baş tutub. Bu dəfə son iki mundialda finala yüksələn Fransa və Portuqaliya milliləri münasibətlərinə aydınlıq gətiriblər. 

Turnirin iki titullu komandasının qarşılaşması həm də Kilian Mbappe ilə Kriştiano Ronaldonun dueli kimi əlamətdar olub. İngiltərəli FIFA referisi Maykl Oliverin fit sahibi olduğu matçın əsas vaxtında qapılara qol vurulmayıb. Overtaymda da tərəflər fərqlənməyincə, cütün qalibi penaltilər seriyasında müəyyənləşib. Futbol lotoreyasını Fransa millisi qazanaraq turnirin yarımfinal mərhələsinə yüksəlib.   

Namiq HUN

tag: todaypress.az, Fransa, Portuqaliya, Oyun, Avro-2024,