Fransa nəhəngi üçüncü diviziona göndərildi
İdman
23.07.2024 15:30
Fransanın məşhur “Bordo” futbol klubu üçüncü divizionda çıxış edəcək.
TodayPress xəbər verir ki, buna 6 qat Fransa çempionunun borclarının olması səbəb olub.
"Jirondinlər" ötən mövsüm Liqa 1-i 12-ci yerdə başa vursa da, maliyyə qaydalarına əməl edilmədiyi üçün bu cəza ilə üzləşib.
Qeyd edək ki, “Bordo” klub tarixində 6 qat Fransa çempionluğundan savayı, 4 dəfə ölkə, 3 dəfə Liqa Kubokunun, 2 dəfə isə Superkubokun qalibi olub.
Namiq HUN
tag: Fransa, Bordo, Çempion, Jirondinlər, Liqa, Superkbok, todaypress.az,