Fransa nəhəngi “Bordo” defolt riski ilə üzləşdi

İdman

18.07.2024 11:34

Fransanın məşhur "Bordo" futbol klubu fəaliyyətini dayandıra bilər.

TodayPress xəbər verir ki, 6 qat Fransa çempionu borclarını ödəmək üçün təcili olaraq 40 milyon avro tapmalıdır. Əks halda, "jirondinlər" iflasa uğradıqlarını etiraf edərək ləğv üçün müraciət edəcək.

“Bordo” klubunun rəhbərliyi "Liverpul"un sahibi olan Amerika şirkəti ilə danışıqlar aparsa da, nəticə əldə edə bilməyib. 

Qeyd edək ki, "Bordo" klubu ötən mövsümü Liqa 2-də 12-ci yerdə başa vurub.

Namiq HUN

tag: Fransa, Bordo, Çempion, Liverpul, Amerika, todaypress.az,