Fransa millisində qarşıdurma. Antuan Qrizmann nə istəyir?

İdman

27.06.2024 16:02

Qrizmann Fransa millisinin baş məşqçisindən narazıdır.

TodayPress xəbər verir ki, Avropa çempionatında Fransa millisindəki ab-hava idealdan uzaqdır. “Üçrənglilər”in heyətində baş məşqçi Didye Deşamdan narazı olan daha bir futbolçu meydana çıxıb. Bu fransızların lideri Antuan Qrizmanndır.

Hücumçu Deşamın onu Polşa ilə matçda start heyətdə meydana buraxmamasından narazıdır. Futbolçu özünü fiziki və psixoloji formada saxlamaq üçün müntəzəm oyun təcrübəsi əldə etmək istəyir. Bu səbəbdən Antuanla komandanın baş məşqçisi arasında soyuq münasibət yaranıb. Deşam artıq Qrizmannla dostluq münasibətləri qurmur və onu əsas komandanın “dəmir” oyunçusu hesab etmir.

Namiq HUN

tag: Fransa, Antuan Qrizmann, Məşqçi, Deşam, Polşa,todaypress.az,