Fransa Mbappeni itirdi
Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin Avstriya ilə 1-ci tur matçından sonra Kilian Mbappe xəstəxanaya yerləşdirilib.
TodayPress xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam “üçrənglilər”in forvardının zədələnməsindən danışıb.
“O, özünü yaxşı hiss etmir, vəziyyəti pisdir. Mbappe tibb işçilərinin əlindədir. Mən sizə daha çox şey deyə bilmərəm. Burnu zədələnib. Onun vəziyyəti pisdir. Qərarlar veriləcək” Deşam deyib.
Fransa Futbol Federasiyası Kilian Mbappenin durumu ilə bağlı açıqlama yayıb.
“Düsseldorfda keçirilən Avstriya – Fransa matçının ikinci hissəsində Kilian Mbappe burnunu sındırıb. Fransanın kapitanını əvvəlcə tibb işçiləri və həkim Frank Le Qall müalicə edib. Ona burnunun sınığı diaqnozu qoyub. Futbolçu yaxın günlərdə müalicə alacaq, lakin tezliklə əməliyyat olunmayacaq. Onun üçün maska hazırlanacaq ki, müalicədən sonra yarışa qayıtmağa hazırlaşsın”.
Qeyd edək ki, Kilian Mbappe matçın 86-cı dəqiqəsində avstriyalı müdafiəçi Kevin Danso ilə hava mübarizəsi zamanı burnunu sındırıb. Forvard meydana tərk edərək xəstəxanaya yerləşdirilib.
Namiq HUN
tag: Fransa, Avstriya, Mbappe, Kilian, todaypress.az,