Fransa klubunun sabiq futbolçusu vəfat etdi
İdman
09.11.2024 11:48
Fransanın “Sent-Etyen” klubunun sabiq futbolçusu Raşid Meklufi vəfat edib.
TodayPress “ağ-yaşıllar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi 89 yaşında dünyasını dəyişib.
Raşid Meklufi 152 qolla “Sent-Etyen” klubunun bombardirlər siyahısında ikinci yeri tutur. O, klubun heyətində 4 dəfə Fransa çempionatının və ölkə kubokunun qalibi olub.
Namiq HUN
tag: İdman,Sent-Etyen,Raşid Meklufi,Fransa, Futbol,todaypress.az,