Fransa klubu yapon futbolçu ilə anlaşdı

İdman

05.03.2025 01:23

1108

Yaponiyalı yarımmüdafiəçi Takumi Minamino Liqa 1 təmsilçisi "Monako" ilə müqaviləsinin müddətini uzadıb. 

TodayPress xəbər verir ki, bu barədə knyazlıq klubunun mətbuat xidməti məlumat yayıb. 

"Monako"ya iki il yarım əvvəl, 2022-ci ilin yayında "Liverpul"dan keçın 30 yaşlı Takuminin yeni anlaşmasının müddəti 2027-ci ilin yayına qədərdir. 

Bu mövsüm o, 33 oyuna çıxıb. Bu görüşlərdə 6 qol vurub və 5 məhsuldar ötürmə edib. 
Hazırda "Monako" Fransa Liqa 1-də 43 xalla 4-cü pillədə qərarlaşıb. 

 

tag: Yaponiya, Liverpul, Monako, Fransa, todaypress.az,