Fransa klubu məşqçisini istefaya göndərdi
“Monpelye” futbol klubu baş məşqçisi Jan-Lui Qasse ilə yollarını ayırıb.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
71 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qasse ötən ilin oktyabrından komandaya rəhbərlik edirdi.
Qeyd edək ki, Liqa 1-də ardıcıl 9 matçda uduzan “Monpelye” hazırda turnir cədvəlində 15 xalla sonuncu, 18-ci yerdədir.
Namiq HUN
tag: Monpelye,Futbol,Klub,Məşqçi,İstefa,Todaypress.az,