Fransa Belçikaya, Portuqaliya Sloveniyaya qarşı

İdman

01.07.2024 11:01

Futbol üzrə Avropa çempionatında bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək.

TodayPress xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorfdakı "Esprit Arena"da Fransa və Belçika milliləri arasında keçiriləcək.

Rəqiblər indiyədək 18 dəfə qarşılaşıblar. Bu görüşlərdən 7-də Fransa millisi, 5-də isə Belçika yığması qalib gəlib. Tərəflər arasında 6 görüş isə heç-heçə başa çatıb. 

İsveçli baş hakim Qlenn Nyuberqin fit sahibi olacaq matç  saat 20:00-da başlayacaq. 

Günün ikinci qarşılaşması “Frankfurt Arena”da baş tutacaq. Burada Portuqaliya və Sloveniya komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. 

Tərəflər indiyədək ümumilikdə cəmi 1 dəfə qarşılaşıblar. Həmin görüş Sloveniya yığmasının qələbəsi ilə başa çatıb.

İtaliyalı baş hakim Daniel Orsatonun idarə edəcəyi Portuqaliya – Sloveniya matçı saat 23:00-da başlayacaq.   

Namiq HUN

tag: Avro-2024, Futbol, İdman, Fransa, Belçika, Portuqaliya, Sloveniya, todaypress.az,