Fransa avtoqolla mərhələ adladı
İdman
01.07.2024 22:29
Futbol üzrə Avropa çempionatında növbəti 1/8 final oyunları keçirilir.
TodayPress xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorfdakı "Esprit Arena"da Fransa və Belçika milliləri arasında baş tutub.
İsveçli baş hakim Qlenn Nyuberqin fit sahibi olduğu matçın ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra da matç başabaş mübarizədə keçib. Yalnız 85-ci dəqiqədə azarkeşlər oyunda qol sevinci yaşayıblar. Randal Kolo Muaninin zərbəsindən sonra Yan Vertongeni tapan top Belçika millisinin torunu silkələyib 1:0.
Fransa millisi 6 il əvvəl Rusiya mundialındakı kimi “qırmızı iblislər”i yenə minimal fərqlə yenərək titula doğru irəliləyir.
Namiq HUN
tag: Fransa, Belçika, Avropa çempionatı, Avro-2024, Futbol ,İdman, todaypress.az,