Fransa 3 xalı 1 qolla qazandı

İdman

18.06.2024 01:21

Avropa çempionatının növbəti oyun günü Düsseldorfdakı “Merkur Şpil-Arena”da Avstriya yığması ilə hazırkı vitse-dünya çempionu Fransa millisi arasında D dördlüyü çərçivəsində qrup mərhələsinin 1-ci turunun oyunu keçirilib.

TodayPress xəbər verir ki, qarşılaşmada top matçın 38-ci dəqiqəsində Avstriya millisinin qapısına yol tapıb. Müdafiəçi Maksimilian Vöber Kilian Mbappenin təhlükəli ötürməsinin qarşısını almaq istərkən avtoqol müəllifi olub 1:0.

 İkinci hissədə isə top uğrunda mübarizədə zədələnən Mbappe meydanı tərk edib. Fransa millisinin forvardının zədəsinin ciddiliyi həkim müayinəsindən sonra məlum olacaq. Düsseldorf qarşılaşması isə cütün favoritinin minimal hesablı qələbəsi ilə başa çatıb 1:0.   

İkinci tur D qrupunun liderləri, Niderland və Fransa millilərinin prinsipial qarşılaşması ilə əlamətdar olacaq.

 Namiq HUN

tag: Avstriya,Fransa millisi, Kilian Mbappe, Niderland, todaypress.az,