Forvarda tam istirahət tövsiyə olundu

İdman

10.03.2025 15:15

1007

“Əl-Hilal” klubunun hücumçusu Aleksandr Mitroviç xəstəxanaya yerləşdirilib.   

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun ürəyində problem olduğu aşkarlanıb.   

30 yaşlı serbiyalı futbolçu sürətli ürək döyüntüsünə görə Səudiyyə Ərəbistanında müalicə alacaq. 

Forvarda tam istirahət etmək və gərginlikdən uzaq durmaq tövsiyə olunub. 

Qeyd edək ki, Mitroviç 2023-cü ilin yayından “Əl-Hilal”da oynayır. O, cari mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb. Aleksandrın aktivində 21 qol və 3 məhsuldar ötürmə var.   

Namiq HUN

tag: Əl-Hilal,Aleksandr Mitroviç ,Klub,Səudiyyə Ərəbistanı, Mitroviç ,Todaypress.az,