Forvard Buxarest qarşılaşmasını davam etdirə bilmədi
Bosniya və Herseqovina millisi ciddi itki ilə üzləşib.
TodayPress xəbər verir ki, komandanın kapitanı Edin Dzeko DÇ-2026-nın seçmə mərhələsində səfərdə Rumıniyaya qalib gəldikləri (1:0) matçda xəsarət alıb.
Hücumçunun burnu qırılıb. Hadisə Dzekonun ilk hissənin sonunda rəqib futbolçu ilə toqquşması nəticəsində baş verib.
Meydanı tərk edən Dzeko Bosniya və Herseqovinanın növbəti matçını buraxacaq.
Balkan təmsilçisi martın 24-də Kiprlə qarşılaşacaq.
Namiq HUN
tag: Bosniya və Herseqovina,Edin Dzeko,DÇ-2026,todaypress.az,