"Formula1": Azərbaycan Qran-prisi paddokunun qurulmasına başlandı

İdman

06.03.2025 14:10

2549

Bu il keçiriləcək "Formula1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.   

TodayPress xəbər verir ki, bu barədə  Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. 

Paddok həmişəki kimi Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.   

Namiq HUN

tag: Formula 1, Bakı ,Qran-Pri ,Yürüş, todaypress.az,