“Formula 3” çempionu əsas yarışa dəvət aldı
İdman
06.11.2024 16:15
“Formula 1” üzrə dünya çempionatında 8 ildən sonra braziliyalı pilot mübarizə aparacaq.
TodayPress xəbər verir ki, “Zauber” komandası “Formula 3” çempionu Qabriel Bortoletonu heyətinə qatıb.
20 yaşlı pilot 2025-ci ildə komandaya qoşulacaq.
O, 2017-ci ildə karyerasını başa vuran Felipe Massadan sonra “Formula 1”də çıxış edəcək ilk braziliyalı olacaq.
Qeyd edək ki, "Zauber" cari ilin sonunda Valtteri Bottas və Çjou Quanyu ilə vidalaşacaq.
Hazırda "Haas"da çıxış edən Niko Hulkenberq də yeni mövsümdə komandada yer alacaq.
Namiq HUN
tag: Formula 3,Qabriel Bortoleton, Felipe Massa,Zauber, todaypress.az,