"Formula-2"nin qalibi bəlli oldu - FOTO
İdman
15.09.2024 13:15
"Formula-1" Azərbaycan Qran-prisi 2024 çərçivəsində "Formula-2" komandalarının əsas yarışı yekunaşıb.
TodayPress xəbər verir ki, 11 komanda qələbə uğrunda mübarizə aparıb. Yarış zamanı pilotlar 29 dövrə vurublar.
Ən yaxşı nəticəni “TRIDENT” komandasının pilotu Riçard Verskoor göstərib.
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisinə sentyabrın 13-də start verilib.
Bu gün keçiriləcək, "Formula-1" yarışının qalibi müəyyənləşəcək.
tag: Formula 2, Azərbaycan,Riçard Verskoor ,Qalib,Todaypress.az,