"Formula -2"də zəncirvari qəza baş verdi
İdman
15.09.2024 12:50
"Formula - 1" üzrə Azərbaycan Qran-prisində "Formula - 2" komandalarının əsas yarışları zamanı qəza baş verib.
TodayPress xəbər verir ki, əsas yarışın startında beş bolid bir-birinə çırpılıb və ciddi texniki zərər dəyib.
Qeyd edək ki, "Formula - 1" Azərbaycan Qran Prisinə sentyabrın 13-də start verilib.
Bu gün keçiriləcək, "Formula -1" və "Formula - 2" yarışlarının qalibləri müəyyənləşəcək.
tag: Formula 2, Azərbaycan, Qran-Pri ,Qəza,Todaypress.az,