“Formula 1”in yarış direktoru qovuldu

İdman

13.11.2024 10:08

“Formula 1”in yarış direktoru Nils Vittix vəzifəsindən azad edilib.

TodayPress Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidmətinə istinadən xəbər verir ki, Vittix rəhbərliyin təşəbbüsü ilə postundan kənarlaşdırılıb.

52 yaşlı mütəxəssisi bu postda gənc pilotların “Formula 2” və “Formula 3” seriyalarında analoji vəzifəni icra edən Ruy Markeş əvəzləyəcək.

Nils Vittix 2022-ci ildən “Formula 1”in yarış direktoru vəzifəsini icra edirdi.

Namiq HUN

tag: Formula 1, Nils Vittix, Direktor, Qovulma, todaypress.az,