"Formula-1"in təqvimində dəyişikliklər edildi
İdman
17.09.2024 03:00
“Formula 1” üzrə Bəhreyn Qran-Prisi 2021-ci ildən etibarən təqvimin ilk yarışı olsa da, müsəlmanların müqəddəs Ramazan ayı ilə üst-üstə düşməməsi üçün 2025-ci ildə 4-cü yarış olacaq.
TodayPress xəbər verir ki, yeni mövsüm mart ayında Avstraliyada başlayacaq.
Fevral ayında Bəhreyndə üç günlük "Formula-1" sınaq yürüşləri keçiriləcək. Bu yürüşlər 2026-cı ildə idmanın bu növündə mühərrik və qaydalarda olacaq ciddi dəyişikliklərdən əvvəlki mövsüm fevralın 26-28-də Saxir trasında vbaş tutacaq.
"Mercedes"dən sonra "Ferrari"də yarışacaq 7 qat dünya çempionu britaniyalı Lyuis Hemilton da bu sınaqlarda iştirak edəcək.
Qeyd edək ki, 2025-ci ildə, 75-ci yubiley ilinə qədəm qoyacaq "Formula-1" yarışı Avstraliyada başlayıb, dekabrın 5-7-də Abu-Dabi Qran-Prisi ilə başa çatacaq.
2025-ci ildə “Formula 1” üzrə Azərbaycan Qran prisi 19-21 sentyabrda keçiriləcək.
tag: Formula 1, Mercedes ,Ferrari, Çempion ,Azərbaycan ,Qran-Pri ,todaypress.az,