"Formula 1"in qalibi bəlli oldu

İdman

13.04.2025 05:34

12

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi olub.

TodayPress xəbər verir ki, yarış Saxır avtodromunda keçirilib.

Ikinci yeri “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel tutub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü olan moneqasklı Şarl Lekler tamamlayıb. İkinci təsnifat sessiyası zamanı “Haas” komandasının fransalı pilotu Esteban Okon qəzaya düşüb.

tag: McLaren, Formula1, Qalib,Oskar Piastri,Bəhreyn Qran-Prisi, Ferrari, todaypress.az,