"Formula 1"in Azərbaycan Qran-prisinin başlayacağı vaxt açıqlandı

İdman

04.02.2025 14:07

Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib.

TodayPress xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Əsas yarış sentyabrın 21-də, yerli vaxtla saat 15:00-da start götürəcək.

Sentyabrın 19-da, saat 12:30-da birinci sərbəst yürüş, 16:00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, 16:00-da isə təsnifat gerçəkləşəcək.

Qeyd edək ki, "Formula 1"də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.

tag: Bakı,Formula 1,Azərbaycan,Qran-pri,todaypress.az,