“Formula 1″ə görə Bakının bu yolları bağlı olacaq

İdman

13.08.2024 22:28

2024-cü il "Formula 1" Azərbaycan Qran Prisinə" hazırlıq məqsədilə Bakıda bağlı olacaq yollar açıqlanıb.

TodayPress xəbər verir ki, avqustun 13-ü saat 23:00-dan səhər saat 06:00-a qədər mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq.

13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, "Azadlıq" kəsişməsindən "Puşkin" kəsişməsinə qədər,

14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Xaqani-Rəşid Behbudov" və "Xaqani-Azadlıq" kəsişmələri arası,

15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Bülbül-Xaqani" və "Rəşid Behbudov-Xaqani" kəsişmələri arası.

"Formula 1" Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

tag: Formula,Yol,Azərbaycan Qran Prisinə,todaypress.az,Puşkin,