"Formula 1"ə görə Bakıda hərəkət məhdudiyyəti tətbiq ediləcək
İdman
08.09.2024 16:40
Sentyabrın 13-dən 15-dək
"Formula 1" Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar logistik əməliyyatların
həyata keçirilməsi məqsədilə sentyabrın 7-i gecə saat 01:00-dan etibarən Puşkin
küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan
hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşıb.
TodayPress xəbər verir ki, bu barədə
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət tədbirin
sonunadək davam edəcək.
Xatırladaq ki, Nəqliyyatın İdarəetmə
Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər
sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı
olacaq.
Hərəkət 17 sentyabr, səhər saat
8:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3
zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi,
ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona
isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə
qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi”
veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin
bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək
mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə müvafiq idarələrə müraciət etməlidirlər.
Qeyd edək ki, “Yaşayış Yerinə Giriş
İcazəsi”nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək.
Hər il olduğu kimi, bu il də
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində piyadaların hərəkətinə
heç bir məhdudiyyət qoyulmayacaq.
tag: Formula1,Azərbaycan Qran Prisi,İcazə,Məhdudiyyət,Bakı Şəhər Halqası,todaypress.az,