“Formula 1”də yeni sistem olacaq
İdman
09.11.2024 12:58
“Formula 1”in rəhbəri Stefano Domenikali gələcəkdə Avropa yarışlarının necə keçiriləcəyini müzakirə edəcəklərini bildiirb.
TodayPress xəbər verir ki, “Formula 1”in növbəti mövsümlərində rotasiyadan istifadə ediləcəyi gözlənilir.
Hazırda mövsümdə 10 Avropa Qran-prisi keçirilir. Yarışın təqviminə başqa qitədən olan yeni şəhərlər əlavə olunmağa başlayıb. Bu səbəbdən təşkilatçılar Avropa yarışların sayını azaltmalı olacaqlar. İspaniya və Niderland yarışlarının rotasiyası planlaşdırılır. Bir il İspaniya Qran-prisi, növbəti ildə Niderland Qran-prisi baş tutacaq. Monza, Spa və Imoladakı yarışların keçirilməmə ehtimalları da var.
“Yaxın vaxtlarda sizə ətraflı məlumat verəcəyik. Bir çox ölkə yarışlara ev sahibliyi etmək istəyir və biz tarazlığı qorumalı olacağıq” deyə Domenikali bildirib.
Namiq HUN
tag: Formula 1,Avropa Qran-prisi, İdman, Stefano Domenikali, todaypress.az,