“Formula 1”də komandaların sayı artacaq

İdman

22.11.2024 14:07

1193

“Formula 1” üzrə dünya çempionatında çıxış edəcək komandaların sayı 2026-cı ildən etibarən artacaq.

TodayPress “Racingnews365” nəşrinə istinadən xəbər verir ki, Qətər Qran-prisindən (29 noyabr - 1 dekabr) sonra nəzərdə tutulan artımla bağlı rəsmi açıqlama veriləcək.

“Andretti” komandası “Formula 1”də iştirak üçün ərizə verib. 

Hazırda “Formula 1” üzrə dünya çempionatının mərhələ yarışlarında 10 komanda mübarizə aparır.

Namiq HUN

tag: Formula 1, Andretti,Dünya, Çempion, todaypress.az,