"Formula 1"də Çin Qran-prisinin müddəti uzadıldı
İdman
06.12.2024 17:39
“Formula 1” üzrə dünya çempionatında yeni mövsümə hazırlıqlar davam edir.
TodayPress xəbər verir ki, 2025-ci ildə müqaviləsi bitəcək Çin "Formula1"lə yeni razılaşma əldə edib.
Şərtlərə əsasən, tərəflər arasında əməkdaşlıq 2030-cu ilə qədər davam edəcək.
Pandemiya səbəbilə təxirə salınan Çin Qran-prisi 4 illik fasilədən sonra ilk dəfə bu mövsüm keçirilməyə başlamışdı.
Qeyd edək ki, turnirin Şanxay mərhələsi gələn mövsüm 21-23 mart tarixlərində baş tutacaq.
Namiq HUN
tag: Çin, Müqavilə ,Çempionat ,Formula 1, todaypress.az,