“Formula 1” üzrə Qətər Qran-prisini Ferstappen qazandı

İdman

02.12.2024 10:14

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula  1” üzrə Dünya çempionatının Qətər Qran-prisinin qalibi olub.

TodayPress xəbər verir ki, “Losal” trasında baş tutan yarışda “Ferrari”dən moneqasklı Şarl Lekler finiş xəttini ikinci, “McLaren”dən avstraliyalı Oskar Piastri isə üçüncü keçib. 

Mövsümün son Qran-pri mərhələsi dekabrın 6-8-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.

Namiq HUN

tag: Redd Bull, Losal, Qran-Pri,Formula 1 ,Əbu-Dabi, todaypress.az,