“Formula-1” üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

İdman

02.01.2025 11:10

“Formula-1” üzrə dünya çempionatında yeni mövsümün təqvimi  açıqlanıb.

TodayPress xəbər verir ki, ümumilikdə 24 mərhələdən ibarət olacaq mövsüm ənənəvi olaraq Avstraliyanın Melbrun Qran-prisi ilə start götürəcək. 

“Formula-1” pilotları 2025-ci ilin ilk mükafatçılarını martın 14-16-sı aralığında müəyyən edəcəklər.  

Dünya çempionatının Avropa mərhələsi İtaliyada başlayacaq. Köhnə qitədə ilin ilk qalib və mükafatçılarının adına İmola Qran-prisi aydınlıq gətirəcək. 10 mərhələni əhatə edəcək Avropa yarışması Bakı yürüşü ilə başa çatacaq.    

Azərbaycan Qran-prisi mövsümün 17-ci yarışı olacaq. Bakıdakı yürüş sentyabrın 19-21-də baş tutacaq.

“Formula-1” üzrə dünya çempionatında mövsümə Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Pilotlar dekabrın 5-7-də Yas Marina trasında qalibi müəyyən edəcəklər. 

Namiq HUN

tag: Bakı ,Qran ,Avropa ,İtaliya, todaypress.az,