“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlandı
İdman
22.01.2025 17:10
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlanıb.
TodayPress Bakı Şəhər Halqasına istinadla xəbər verir ki, azarkeşlər biletləri www.azerbaijangp.com veb səhifəsindən əldə edə bilərlər.
Həmçinin, “Baku City Circuit” mobil tətbiqi üzərindən 20% güzəştlə biletlər almaq olar.
Azərbaycan Qran-prisinə bilet satışı fevralın 5-dək davam edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri Pit zolağı gəzintisi imkanı əldə edərək, komandaları, pilotları və onların qarajlarını yaxından izləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.
Namiq HUN
tag: formula1,Baku City Circuit,İdman,Bakı,todaypress.az,