“Formula-1” sprint yarışına qərar verdi

İdman

15.03.2025 09:20

1081

“Formula-1” Qran-prilərində sprint yarışları təşkil olunacaq.   

TodayPress İtaliyanın CircusF1 nəşrinə istinadən xəbər verir ki, qarşıdakı 3 il ərzində hər həftə sonu “Formula-1”də sprint yarışları keçiriləcək.   

Sprintlərin sayı tədricən artacaq. Gələn il 12, 2027-ci ildə 18 sprint yarışı baş tutacaq.

2028-ci ildən isə bütün Qran-prilərdə qısa məsafəyə yürüşlər təşkil olunacaq. 

Hazırda Formula 1-də hər mövsümdə 6 sprint yarışı keçirilir.

2025-ci ildə Çin, Mayami, Belçika, ABŞ, Braziliya və Qətər Qran-prilərindən bir gün əvvəl sprint yarışı baş tutacaq. 

Qeyd edək ki, Azərbaycan Qran-prisində 2023-cü ildə sprint yarışı keçirilib. 

Namiq HUN

tag: Formula 1,Sprint,Yarış,Qran-pri,Todaypress.az,