“Formula 1” Mayami Qran-prisinin seçmə turunun qalibi məlum oldu
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə 2025-ci il dünya çempionatının altıncı mərhələsinin - Mayami Qran-prisinin seçmə mərhələsinin qalibi olub.
TodayPress xəbər verir ki, “Maklarena” komandasının britaniyalı pilotu Lando Norris seçmə mərhələdə ikinci yeri tutub.
Üçüncü yeri italiyalı Kimi Antonelli (“Mercedes”) tutub.
Norris daha əvvəl sprint yarışında qalib gəlib.
tag: Red Bull,Formula 1,Mayami,todaypress.az,