“Formula-1” komandasının sahibi vəfat etdi
“Formula-1” komandası “Cordan”ın keçmiş sahibi və qurucusu Eddi Cordan vəfat edib.
TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddət prostat xərçəngi ilə mübarizə aparan Eddi Cordan Keyptaun şəhərində 76 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, irlandiyalı Eddi Cordan 1991-ci ildə adını daşıyan “Formula-1” komandasını yaradıb. “Cordan” komandası 15 ildə 4 qələbə qazanıb.
Namiq HUN
tag: Formula-1,Cordan,Eddi Cordan,Keyptaun ,todaypress.az,