FORMULA 1: Kanada Qran-Prisini Ferstappen qazandı

İdman

10.06.2024 10:15

Maks Ferstappen Formula 1 üzrə Kanada Qran-Prisinin qalibi olub.

TodayPress xəbər verir ki, “Red Bull” pilotu 70 dövrəlik yarışda finiş xəttini hamıdan tez keçib. Lando Norris (“Maklaren”) və Corc Rassell (“Mersedes”) də podiumda yer alıblar. “Top-5-liy”I isə  Lyuis Hemilton (“Mersedes”) və Oskar Piastri (“Maklaren”) tamamlayıblar.  

Monreal uğuru Ferstappenin karyerasında 60-cı, mövsümdə isə altıncı qələbəsi olub. Kanada trasında əldə olunmuş qələbədən sonra Maks xal hesabını 194-ə yüksəldib. Niderlandlı pilot ən yaxın izləyicisi olan Şarl Lekleri ("Ferrari") 56 xal qabaqlayır. Lando Norris (“Maklaren”) 131 xalla 3-cüdür.

Namiq HUN

tag: Formula 1, Kanada, Qran-Prisin, Monreal, todaypress.az,