“Formula 1”-in 11-ci komandası məlum oldu

İdman

26.11.2024 15:19

“Formula 1” üzrə dünya çempionatının yeni mövsümündə debüt edəcək komandanın adı rəsmən məlum olub.

TodayPress xəbər verir ki, “Cadillac F-1” 2026-cı ildə keçiriləcək yarışda 11-ci komanda kimi iştirak edəcək.

Komanda bunun üçün ABŞ-nin “General Motors” şirkəti ilə prinsipial razılıq əldə edib.

“Cadillac F-1” yeni mövsümdə “Ferrari”nin mühərriklərindən istifadə edəcək.

Namiq HUN

tag: Formula 1 ,Komanda, Ferrari, ABŞ,General Motors, todaypress.az,