“Formula-1”: İlin yarışına akkreditasiyaya başladı
İdman
12.06.2024 21:25
“Formula-1”in Azərbaycandakı promouteri olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti media nümayəndələri üçün akkreditasiya qeydiyyatına start verib.
TodayPress xəbər verir ki, Azərbaycan Qran-Prisini işıqlandırmaq istəyən KİV nümayəndələri Akkreditasiya Portalına daxil olaraq qeydiyyat üçün müraciət edə bilərlər. Qeydiyyat iyunun 12-dən iyulun 22-si saat 15:00-dək davam edəcək. Natamam və ya həmin vaxtdan gec göndərilən müraciət formaları nəzərə alınmayacaq.
Qeyd edək ki, sentyabrın 13-15-də keçiriləcək Azərbaycan Qran-Prisi də daxil olmaqla, “Formula-1” üzrə dünya çempionatında yer alan hər bir yarış üçün akkreditasiya Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən tənzimlənir. Yerli media nümayəndələrinin qeydiyyat prosesi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən icra olunur.
Namiq HUN
tag: Formula-1, Azərbaycan, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Qran-Pri, todaypress.az,