“Formula 1” daha 6 il Montsada keçiriləcək
İdman
28.11.2024 09:22
“Formula 1” üzrə dünya çempionatında İtaliya Qran-prisinin keçirilmə müddəti artırılıb.
TodayPress yarışın baş direktoru Stefano Domenikaliyə istinadən xəbər verir ki, Qran-prinin yeni müqaviləyə əsasən Montsa avtodromunda 2031-ci ilədək keçirilməsi nəzərdə tutulub.
Lombardiya regionunda “Formula 1”in keçirilməsinin böyük zövq yaşatdığını bildirən Domenikali İtaliya Avtomobil Klubuna təşəkkür edib. O, yarış trasının yenilənməsini vurğulayaraq, imzalanan uzun müddətli əməkdaşlığı yüksək qiymətləndirib.
Qeyd edək ki, 2024-cü ildə “Ferrari” pilotu Şarl Lekler doğma publika önündə finiş xəttini ilk keçib.
Namiq HUN
tag: Formula 1, Şarl Lekler, İtaliya, Ferrrari, todaypress.az,