“Formula-1” çempionunun dəbilqəsi hərracda satıldı
“Formula-1” in keçmiş pilotu Ayrton Sennanın 33 il əvvəl geyindiyi dəbilqəsi hərracda satılıb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Sennanın 1992-ci ildə Belçika Qran-prisində geyindiyi dəbilqəsi yeni sahibini 965 min dollara tapıb.
Braziliyalı pilot yarış zamanı qəzaya düşən və huşunu itirən həmkarı Erik Komasın həyatını xilas etməklə diqqət mərkəzinə düşüb.
Ayrton Senna “Formula-1” üzrə dünya çempionatının üçqat qalibi olub.
O, 1994-cü il mayın 1-də San-Marino Qran-prisində baş vermis qəza nəticəsində vəfat edib.
Namiq HUN
tag: Formula 1,Ayrton Senna,Dəbilqə,Hərrac,Todaypress.az,