"Formula-1" Azərbaycan Qran-prisinin qalibi məlum oldu

İdman

15.09.2024 17:05

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisi yekunlaşıb.

TodayPress xəbər verir ki, "Maklaren" pilotu Oskar Piastri 1-ci yeri tutub.

O, 51 dövrəlik yarışda finiş xəttini 1-ci keçib. 

"Ferarri" pilotu Şarl Lekler 2-ci, "Mersedes"dən Corc Rassell 3-ü yerdə qərarlaşıb. 

Sonda mükafatlandırma mərasimi keçirilib. Qalib Oskar Piastriyə mükafatı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.

İkinci yeri tutan Şarl Leklərə mükafatı gənclər və idman naziri Fərid Qayıbov, üçüncü yerin sahibi Corc Rassellə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov verib. 

Qeyd edək ki, Piastri karyerasında ikinci dəfə qələbə qazanıb.


tag: Formula1,Azərbaycan Qran Prisi,Oskar Piastri ,Şarl Lekler,Corc Rassell ,Qalib,Todaypress.az,