Forlan futbol meydançasını karta dəyişdi

İdman

22.06.2024 16:05

Uruqvay millisinin veteran futbolçusu Dieqo Forlan peşəkar tennislə məşqul olmağa başlayıb.

TodayPress xəbər verir ki, artıq bir neçə turnirə qatılan sabiq hücumçu son olaraq ITF MT1000 turnirində raketka oynadıb. 

O, bu turnirdə 1/4 finala kimi irəliləyib. Forlan yarımfinala aparan yolda braziliyalı Antonio Amroya məğlub olub.

Dieqo yaşı 45-dən yuxarı olan tennisçilərin reytinqində 438-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 45 yaşlı Forlan futbolçu karyerasına 2018-ci ildə yekun vurub. Uruqvaylı forvard karyerası ərzində “Mançester Yunayted”, “Vilyarreal”, “Atletiko” və “İnter” kimi klubların şərəfini qoruyub.

Namiq HUN

tag: Futbol, Forlan, Dieqo Forlan, Antonio Amroya, Atletiko, todaypress.az,