Fonseka oğurluğun qurbanı oldu
Uruqvay millisinin və “Leon” klubunun (Meksika) yarımmüdafiəçisi Nikolas Fonseka qaçırılıb.
TodayPress Meksika mətbuatına istinadən xəbər verir ki, futbolçu oğurluğun qurbanı olub.
Fonseka “Leon”un məşqinə gedərkən qaçırılıb.
Quldurlar onun avtomobilinin qarşısını kəsiblər.
Nikolas iki saat saxlandıqdan sonra qaçırıldığı yerdən 25 km uzaqda maşından atılıb.
Fonseka “Leon”un növbəti oyununda iştirak etməyə hazırdır.
Namiq HUN
tag: Leon,Nikolas Fonseka,Qaçırılma,Quldurluq,Todaypress.az,