Fonseka “Milan”la yollarını ayırdı

İdman

30.12.2024 10:50

“Milan” klubunun baş məşqçisi Paulo Fonseka vəzifəsindən istefa verib.

TodayPress xəbər verir ki, o, A seriyasının XVIII turunda “Roma” ilə matçdan (1:1) sonra klubdan ayrılıb. 

Milan təmsilçisindən ayrılmasını portuqaliyalı mütəxəssis özü açıqlayıb: 

“Mən “Milan”ı tərk etdim. Vicdanım təmizdir, çünki mən əlimdən gələni etdim”.

Paulo Fonseka 2024-cü ilin yayından “Milan” klubuna rəhbərlik edirdi. 

“Milan” A seriyasında 17 oyundan sonra 27 xalla 8-ci yerdədir.

Namiq HUN

tag: Milan,Paulo Fonseka,Roma,A seriyası,todaypress.az,