Folff əfsanənin özünün qərar verməsinə sevindi

İdman

13.11.2024 17:38

“Formula 1” üzrə “Mercedes” komandasının rəhbəri Toto Volff yeni mövsümdən “Ferrari”ni idarə edəcək pilot Lyuis Hemiltonun gedişinə şad olub.

TodayPress xəbər verir ki, o, 7 qat çempionla əməkdaşlığa son qoymaq üçün özü qərar verməli olmadığına sevinib. 

“Mən şadam. Hemiltonun özünün getmək istəyi məni əfsanəvi sürücü ilə vidalaşmaq və ona getmək vaxtının çatdığını söyləmək qərarına gəlməkdən azad etdi.

Nə vaxtsa biz qərar qəbul edib Lyuislə vidalaşmalı olacaqdıq, çünki artıq yeni nəsil sürücülərə diqqət yetiririk.

Mən sadəcə təəccüblənirəm ki, Hemilton yeni komanda seçdi, amma onun rəqabətli olub-olmayacağı hələ məlum deyil” Volff deyib.

Yeni mövsümdən “Mercedes” komandasının pilotları Corc Rassel və Andrea Kimi Antonelli olacaq.

Namiq HUN

tag: Formula 1,Mercedes, Toto Volff ,Hemilton, todaypress.az,