Fofana yenidən Fransaya qayıtdı

İdman

02.01.2025 09:48

“Əl-Nəsr” klubunun futbolçusu Seko Fofana Səudiyyə Ərəbistanı təmsilçisindən ayrılıb. 

TodayPress xəbər verir ki, o, karyerasını Liqa1-də davam etdirəcək.

Yarımmüdafiəçi “Renn” klubunda çıxış edəcək. 

Liqa1 təmsilçisi 29 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. 

Fofana 2023-cü ildə “Lans”dan “Əl-Nəsr”ə keçmişdi.

Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu “Əl-Nəsr”in heyətində meydana çıxdığı 19 oyunda 2 qol vurub və 1 assistə imza atıb.

Namiq HUN

tag: Klub,Futbolçu ,Heyət, Müqavilə, todaypress.az,