Florida təmsilçisi mükafatlandırıldı

İdman

08.10.2024 15:40

“Florida Panterz” xokkey klubunun oyunçularına Stenli Kubokunu qazandıqları üçün brilyant qaşlı çempionluq üzükləri təqdim edilib. 

TodayPress NHL klubunun saytına istinadən məlumat verir ki, xokkeyçilərə, məşqçilərə və klubun əməkdaşlarına 14 karatlıq sarı qızıldan hazırlanmış üzüklar verilib. Hər üzük 554 brilyant, 17 yaqut, 9 mavi və 37 sarı sapfirlə bəzədilib. Zinət əşyalarının ümumi çəkisi 15,6 karatdır.

Üzüklərin təqdimat mərasimi özəl keçirilib. 

“Florida Panterz” final seriyasında “Edmonton”u (4:3) məğlub edərək tarixində ilk dəfə Stenli Kubokunu qazanıb. 

Namiq HUN

tag: Florida Panterz ,Stenli Kubok, Edmenton ,Üzük ,Qalib, todaypress.az,